“Yoldaşıma yemək bişirmirəm” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşına yemək bişirmədiyini etiraf edib.
“Minval.info” xəbər verir ki, bu barədə o, “Günün sədası” proqramında danışıb:
“Bişirməyi xoşlamıram. Evin sonbeşiyi olmuşam, həmişə nənəm, bacılarım edib. Deyiblər ki, sən çəkil, mane olma. Pandemiya vaxtında tək qaldıq, heç köməkçilər də gələ bilmədi. Beləlikə, son vaxtlar yemək hazırlamağa başladım. Evdə sadəcə özüm üçün yemək hazırlayıram. Yoldaşıma yemək bişirmirəm. O, yediyim yeməkləri xoşlamır. Qızlar ona ayrıca xörək hazırlayırlar. O, əti pomidor, soğanla qızardılmış halda xoşlayır. Mən isə elə yeməyi sevmirəm”.
Sağlam qidalanan Dadaşova aclıqla mübarizə yolunu da açıqlayıb:
“Günorta 1-dən sonra heç nə yemirəm. Günorta acıyırımsa, almanı suda bişirirəm, şəkər də vurmuram. Xörək kimi olur, isti-isti yeyirəm. Yoldaşım deyir ki, ölərsən. Deyirəm ki, ölmərəm, çünki bunu artıq 20-25 il bundan əvvəl təcrübədən keçirmişəm”.
Müğənni, həmçinin hər kəsi idman etməyə çağırıb:
“Mütləq idman etmək lazımdır. Mən fəxr edirəm ki, bütün dostlarıma siqaret çəkməməyi, spirtli içki içməməyi öyrətmişəm”.
Qeyd edək ki, B. Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. Cütlüyün bu evlilikdən Cahad adlı bir oğlu var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!