“Yoldaşıma dedim, yarım saata sürüş buradan” – Azərbaycanlı aktrisa (VİDEO)
Elgiz Əkbərin “Səhər səhər” verilişinin qonağı maraqlı açıqlaması ilə yadda qalıb.
Minval.info xəbər verir ki, proqramda iştirak edən aktrisa Sonaxanım Əliyeva “sürüş” sözü ilə gündəmə gəlib.
Ailə qurmaq məsələsinə toxunan sənətçi söyləyib ki, xanım özünə həyat yoldaşı seçərkən onu dolandıra biləcək şəxslə evlənməlidir.
Daha sonra şəxsi həyatından danışan S.Əliyeva ərini “qaçırtdığını” dilə gətirib.
“Yarım saat ona vaxt verdim ki, evi tərk etsin. Dedim ki, pencəyini də götür, dur sürüş”.
Elgizin “neyləmişdi” sualına sənətçi “adətən, kişilər nə edirlər? Bir balaca ayağı sola sürüşmüşdü, mən də dedim, elə sənin yolun soladır” cavabını verib.
Aparıcı isə ona “seriallarda “ifritə” rollarını oynayırsınız. Deyəsən həyatda da sizə təsir edib” – deyərək atmaca atıb.
Minval.info
https://www.youtube.com/watch?time_continue=11&v=MZvn4P3028E
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi