Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları
Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub
İki gün davam edən leysan xaraketerli yağışlar Şimal-qərb bölgəsində həyatı iflic edib. Belə ki, Qax rayonun ərazisindən keçən
Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, yağan güclü leysan Qax, Zaqatala və Balakənin bəzi kəndlərində də bir sıra fəsadlar törədib. Kəndlilərin həyətyanı sahələrini və zirzəmiləri su basıb. Təbii fəlakət sözügedən bölgənin əhalisinin əsas gəlir mənbəyi olan fındıq bağlarına ziyan zurub. Elektik enerjisinin verilişində problemlər yaranıb.
Bundan əlavə Zaqatala rayonunun Lahıc kəndi ərazisində dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsi Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub.
Qatar Qaratala kəndi ərazisindəki Qax-1 stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla getdikləri yerlərə göndərilib.
https://youtu.be/9tc5GEmbUpg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər