08.08.2018 - 23:32
Ölkə
15 baxış
Yolda halı pisləşən sürücünün ürəyi dayandı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Şamaxıda bədbəxt hadisə baş verib.
Minval.İnfo ARB TV-yə istinadən xəbər verir ki, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində Xınıslı kənd sakini 48 yaşlı Eldəniz Piriyev idarə etdiyi “VAZ 2106” markalı avtomobilinin sükanı arxasında ölü tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ürək problemi olan Eldəniz Piriyevin maşın sürərkən halının pisləşdiyi və avtomobili yolun kənarında saxladıqdan sonra dünyasını dəyişdiyi ehtimal olunur. Mərhumun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
12.09.2026 - 23:07
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
12.09.2026 - 21:57
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
12.09.2026 - 21:36
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
12.09.2026 - 21:15
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
12.09.2026 - 20:40
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
12.09.2026 - 19:30
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
12.09.2026 - 19:02
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
12.09.2026 - 18:48