Yığmamızın baş məşqçisi məyusdur: Əziyyətin belə ucuzlaşması sözə layiq deyil
İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram. Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim.
AFFA-nın saytı xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib.
Macarıstanla səfər oyununda 0:1 hesabı ilə məğlub olan yığmamızın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb:
“İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu.
Oyunun gedişatı barədə deyiləsi bir şey yoxdur. Bunun bir çox səbəbləri var. Ola bilər Azərbaycan kiçik futbol ölkəsidir, futbolda söz sahibi deyil. Əziyyətin belə ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var.
Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm.
Bəhlul Mustafazadə cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. O, Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı