Yevlaxda pivə istehsalı müəssisəsi bağlandı: Antisanitar şəraitdə "jiguli" istehsalı dayandırıldı
Yevlax rayonunun Malbinəsi kəndində, Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometrində yerləşən bir pivə istehsalı müəssisəsi antisanitar şəraitdə fəaliyyət göstərdiyi üçün bağlanıb.
Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan plandankənar yoxlama nəticəsində müəssisənin lazımi icazə sənədləri olmadan işlədiyi və qida təhlükəsizliyi standartlarına uyğun gəlmədiyi müəyyən edilib. İstehsal prosesində istifadə olunan şüşə butulkaların açıq su hovuzunda yuyulması kimi ciddi qida təhlükəsizliyi pozuntuları aşkar edilib.
“Jiquli” markalı pivə məhsullarının qanunsuz istehsalı və dövriyyəsi də müəyyən edilərək qarşısı alınıb. Bu səbəbdən müəssisəyə qarşı inzibati protokol tərtib olunub və onun fəaliyyəti məhdudlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb