28.07.2019 - 15:43
Hadisə 16 baxış

Yevlaxda motorlu velosiped aşıb, sürücüsü xəsarət alıb

Yevlaxda motorlu velosiped aşıb, sürücüsü xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xaladan dairəsinin yaxınlığında qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Niyaməddin Məmmədov motorlu velosipedlə hərəkətdə olan zaman nəqliyyat vasitəsini aşırıb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: