Yevlax bulvarı çökdü - FOTO
Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.
Hadisə ötən gün baş verib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov faktı təsdiqləyib.
Onun sözlərinə görə, ərazidə suyun altında qalan turbalar eroziyaya uğrayıb: “Hazırkı bulvar ərazisinin yerində daha əvvəl kiçik bir park olub. Park baxımsız vəziyyətdə, suyun içərisində olduğundan əsaslı yenidənqurma işləri aparılıb. Çox güman ki, suyun içərisində qalan dəmir turbalar eroziyaya uğrayıb. Bu səbəbdən də üzərindəki yükü saxlaya bilməyib və çöküb. Hadisə zamanı heç kim xəsarət almayıb.
Biz əraziyə baxış keçirmişik. Təhlükəsizlik məqsədilə həmin ərazi nəzarətə alınıb. Üzərindən beton örtüyü götürülüb. Təmir işləri üçün zəruri olan materiallar sifariş edilib. Ən qısa zamanda çökən hissə bərpa ediləcək”.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı