Yeni Zelandiya terrorçusu Türkiyədə: “Vampir” Drakulanın əsir saxlandığı yeri ziyarət edibmiş
Yeni Zelendiyada 2 məscidə təşkil etdiyi terror hücumu zamanı 50 müsəlmanı şəhid edən Brenton Tarrantın Türkiyəyə reallaşdırdığı səfərlərində Tokatda qaldığı müəyyənləşib.
Bizimyol.info xəbər verir ki, Yeni Zelendiyada keçirilən irqçi terror hadisəsinin günahkarı Brenton Tarrantın, 2016-ci ildə Türkiyəyə iki dəfə səfər etdiyi bəlli olub və səfər nöqtələrinin hara olduğu barədə araşdırma aparılmağa başlanıb.
17-20 Mart 2016-cı il və 13 sentyabr – 25 oktyabr 2016-ci il tarixlərində keçirilən bu 2 səfərin sonuncusunda şübhəlinin Tokata gəldiyi məlum olub. O, Tokat şəhər mərkəzində yerləşən bir otelin 403 nömrəli otağında qalıb. Hazırda terrorçunun qaldığı oteldə və otağında polis tərəfindən araşdırma aparıldığı barədə məlumat əldə edilib. Tarrantın Tokat səfəri zamanı Fatih Sultan Mehmed Xanın əmri ilə Valaxiya şahzadəsi 3-cü Vladın 4 il ərzində əsir tutulduğu və sürgün həyatı yaşadığı Tokat Qalasını ziyarət etdiyi aydınlaşıb.

Qeyd edək ki, 3-cü Vlad “Drakula” ləqəbi ilə tanınır. “Vampirlər” kimi tanınan mistik varlıqların məhz Drakulanın davamçıları olduğuna dair əfsanələr var. İnsanlara dəhşətli işgəncələr verən Drakulanı məhz türklər məhv ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tramp İranı vurmaqdan vaz keçdi, Tehrana məktub göndərdi
Ərəbistanda koronavirusa yoluxanların sayında rekord
Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var - FOTOLAR
Braziliya prezidenti: “Hər biriniz nə vaxtsa koronavirusa yoluxacaqsınız”
Türkiyədə 78 mindən çox insanda xərçəngin ilkin əlamətləri aşkar olunub
