18.09.2026 - 16:47
Maqazin 13 baxış

Yeni Sumqayıtda mənzillər: 12 000 manatdan başlayan fürsətlər!

Sumqayıtda yerləşən Yeni Sumqayıt layihəsində mənzil satışları başlamışdır. 12 000 manat ilkin ödənişlə tam təmirli mənzillər əldə etmək mümkündür. Bu layihə, şəhərin girişində, Sülh küçəsində yerləşir və 38–83,73 kv.m aralığında 2, 3, 4 otaqlı və studiya mənzillər təklif edir.

Minval.info xəbər verir ki, layihənin əsas üstünlüklərindən biri mənzillərin tam təmirli təhvil verilməsidir. Keyfiyyətli materiallarla təmir olunan evlər kommunal xidmətlərlə birlikdə təqdim edilir. Layihə yalnız mənzil deyil, həm də rahat yaşayış üçün düşünülmüş mühit təqdim edir. Burada geniş park və istirahət zonaları, uşaq əyləncə mərkəzi, məktəb, bağça, oyun meydançaları, idman və xidmət obyektləri mövcuddur. Sakinlərin təhlükəsizliyi üçün 24 saat mühafizə və kamera nəzarəti təmin olunur.

Mənzil almaq üçün 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka imkanlarından yararlanmaq olar. Bundan əlavə, “Evini hissə-hissə al” modeli ilə mənzilə faizsiz və aylıq öhdəliksiz, mərhələli şəkildə sahib olmaq mümkündür. Seçdiyiniz sahəni kvadrat-kvadrat alaraq gələcəyinizə yatırım edə bilərsiniz.

Sizə uyğun mənzili seçmək üçün satış ofisinə yaxınlaşıb, tikinti ərazisini gəzə, mövcud mənzillərlə tanış ola və fərdi təkliflər barədə məlumat ala bilərsiniz. Yeni mənzilini seçmək üçün ilk addımı atın! Bəlkə də axtardığınız ev Yeni Sumqayıt-dadır.

Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: