Yeni məktəbli formalarının qiyməti necə hesablanacaq?
Yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib.
“Minval.info” xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən asılıdır.
“Yeni məktəbli formasının nümunələri təsdiq olunub. Lakin qiymətlər məktəblərin seçimindən asılı olacaq. Məktəb hansı rəngdə, hansı parça növündən istəsə, qiymətlər ona uyğun müəyyən olunacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Təhsil Nazirliyi hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyini, yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəciyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!