"Yeməyimə mismar atıb məni öldürmək istədilər"
“1991-1992-cı illərdə sənətdə iri addımlarla gedirdim. O vaxt yeməyimə balaca mismar atmışdılar və boğazımda qalmışdı. Amma idmanla məşğul olurdum deyə hiss etmirdim xəstəliyim, dərdim nədir. 3 ilə yaxın o mismar mənim boğazımda qaldı”.
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Məna ARB TV-nin “Ona qalsa” verilişində. Sənətçi ona qarşı sui-qəsd edilməsindən söz açıb:
“Artıq həyatdan köçməyimə 10-15 gün qalmışdı. Elə məsələr var ki, onu sözlə ifadə etmək çətindir. 3 il ərzindı böyük çətinliklərlə rastlaşdım. Təsəvvür edin ki, dərdini biləsən nədir, onu müalicə edəsən. Dərdim bilmirdim nədir. Boğazım sancanda elə bilirdim ki, el şənliyində çox iştirak etdiyim üçündür. Zaman keçdikcə təzyiq verdi, çox arıqlatdı və yatağa yıxdı.
Zəngəzur mahalında ağır ocaqlarımız var: MirSədi, MirMəhəmmədbaba ocağı. Onların xidmətçiləri olan Şəkil xala əlini boğazıma atdı və dedi ki, mismar yeyirsən? Əlini salıb mismarı çıxardı. Sağaldım və beynimə qan işlədi. O insanın kim olduğunu bilirəm və Allah onu cəzalandırdı. Ciddi xəstəlik tapdı və ona yaşamaq demək olarsa, canı ilə əlləşir. 22 yaşımda bu hadisə başıma gəldi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!