“Yazıblar ki, çənəmi kəsdirmişəm, burnumu, dodağımı...” – Günel əsəbləşdi (Video)
Müğənni Günel Zeynalova ötən gün türk mediasında plastik əməliyyatlar etdirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, sənətçi yalnız burun əməliyyatı etdirdiyini və dodağını böyütdüyünü deyib:
“Əməliyyat etdirməyimlə bağlı yayılan xəbərlərlə bağlı gözəl açıqlamalar verəcəyəm. Oraya qoyulan şəkillər 12 yaşımda, Türkiyəyə ilk dəfə gələndə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Mən özümü bəyənirəm, dəstəkləyirəm. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu etdirdim və üst dodağımı düzəltdirdim. Bundan da xoşbəxtəm.
Bir də yazıblar ki, çənəmi düzəldirmişəm. Çənəmi niyə əməliyyat edim ki? Ağlayacağam. İstədiyiniz həkimdən soruşa bilərsiniz. İndi bütün bədənini plastik əməliyyat etdirən və heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram”.
İfaçı arıqladığını da vurğulayıb: “1999-cu ildə 55 kiloqram idim, sonra 52-51 oldum. İndi 44-45 kiloyam. Arıqlayan insanın üzündə ət qalmır. Heç bir şey kəsdirməmişəm. İnsan arıqlayanda daha gözəl görünür. İndi 34 yaşım var, bunu deməkdən çəkinmirəm”.
Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb: “Gedin, yeni işlərimdən yazın, mahnılarım, kliplərim var. Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi. Yazıblar ki, pulun var, əməliyyat etdirirsən. Pul xərcləyirəm və sənətlə məşğul oluram. Sənətə və sənətçiyə hörmət edin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi