Yayda qadınların pensiya yaşı daha 6 ay artırılacaq
“Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.
O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb: “Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”.
Şöbə müdiri bütün dünyada eyni prosesin getdiyini qeyd edib və əlavə edib ki, Azərbaycanda pensiya yaş həddi yüksək deyil: “Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır. Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.
///Qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər
Əhalinin gözlədiyi qərar - Dövlət bu borcları silə bilər - VİDEO
Düşmən xeyli canlı qüvvəsi, diviziyanın qərargah rəisi məhv edilib
“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı – FOTO
Vilayət Eyvazovdan yeni təyinat
Bakıda AA seriyalı “Ferrari”nin sahibi buna görə cərimələndi