Yaxın günlərdə delimitasiya üzrə komissiyalar GÖRÜŞƏCƏK
Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk iclasının keçiriləcəyi gözlənilir.
Modern.azxəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş hər iki ölkənin sərhədində baş tutacaq.
“Komissiya delimitasiya və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək. Tərəflər regional kommunikasiyaların blokdan çıxarılması üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Söhbət zamanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyalar, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturları vasitəsilə beynəlxalq daşımaların təşkili məsələləri razılaşdırılıb”, – Şarl Mişel bildirib.
Qeyd edək ki, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Brüsseldə keçirilən görüş 5 saat davam edib. Danışıqlarda bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!