Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi ölkədə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Publika.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, noyabrın 15-i günün ikinci yarısından etibarən 16-sı axşamadək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Güclü külək, intensiv yağışlar, bəzi yerlərdə isə qısamüddətli sel və daşqınların baş verəcəyi gözlənilir.
Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Güclü külək zamanı binalardan, reklam lövhələrindən və yüngül konstruksiyalı tikililərdən uzaq durmaq, elektrik dirəkləri və ağacların altında dayanmamaq tövsiyə olunur. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsinin vacibliyi vurğulanır.
Kiçikhəcmli gəmi istifadəçiləri üçün dənizə çıxmaq qadağandır. Eyni zamanda, intensiv yağıntılarla bağlı sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə anında yüksəkliyə qalxmaq və xilasedicilərin tövsiyələrinə əməl etmək vacibdir.
İldırım çaxması zamanı isə elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq və açıq havada elektrik xətləri və antenalardan uzaq durmaq məsləhət görülür. Avtomobildə olanlar isə hərəkəti dayandırmalı və ildırımın bitməsini gözləməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Füzulidə toy dönüşü faciəli qəza: müəllim və şagirdlər həlak oldu
Mersində silahlı hücum: yeni evli qadın həyatını itirdi
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb