ABŞ-da iki təyyarə çarpışdı: qəza təfərrüatları
ABŞ-ın Mayami Beynəlxalq Hava Limanı rəsmisi Qreq Çin yerli saatla 21:15-də baş verən hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dar gövdəli sərnişin təyyarəsi ilə uçuşa hazırlaşan yük təyyarəsi iki taksi yolunun kəsişdiyi nöqtədə toqquşub.
Minval.info xəbər verir ki, qəza yerində iki nəfərə tibbi yardım göstərilib və hadisə hava limanının fəaliyyətinə mane olmayıb. CBS News-un məlumatına görə, yanğınsöndürmə rəsmiləri ABŞ-ın lojistik nəhəngi UPS-ə məxsus “Boeing 767” tipli yük təyyarəsinin burun hissəsinin, Panama mənşəli Copa Hava Yolu şirkətinə aid dar gövdəli “Boeing 737” tipli təyyarənin isə qanadının zərər gördüyünü açıqlayıb.
Ölkədə hava nəqliyyatına nəzarət mərkəzlərini təsir edən kommunikasiya problemi səbəbindən ABŞ-da uçuşlar dörd saatdan çox müddətə dayandırılıb. Ancaq əməliyyatlar normallaşmağa başlasa da, hava nəqliyyatında gecikmələr və ləğvlər hələ də davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda mina partlayışı: bir nəfər həlak oldu, biri yaralandı
Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı açıqlama
Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb
Füzulidə toy dönüşü faciəli qəza: müəllim və şagirdlər həlak oldu
Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Mersində silahlı hücum: yeni evli qadın həyatını itirdi