13.11.2026 - 17:54
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə istintaq tamamlandı
Hadisə 176 baxış

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə istintaq tamamlandı

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi ilə bağlı ibtidai istintaq prosesi başa çatıb. Publika.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi bu barədə açıqlama yayıb.

Bildirilib ki, istintaq tamamlanıb və ittiham aktı artıq prokurorluğa təqdim edilib. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti isə oktyabrın 1-də məlumat verib ki, Nəsimi Musayevin xidmət yerində olmaması səbəbilə 26 sentyabr 2026-cı il tarixindən etibarən axtarış tədbirləri həyata keçirilib.

Hadisənin araşdırılması məqsədilə Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılıb və Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bu istiqamətdə toplanmış materiallar əsasında cinayət işi açılıb və istintaq tədbirləri davam etdirilir.

Müəyyən edilib ki, Nəsimi Musayev Ermənistan ərazisində saxlanılıb. Hazırda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları qarşı tərəflə zəruri təmasları davam etdirir.

İctimaiyyətə cinayət işi üzrə istintaqın nəticələri barədə qanunvericiliyə uyğun olaraq əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: