“Yastığımı qucaqlayıb ağlayıram” - Evinə dönə bilməyən Damla
“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram”.
Axşam.az xəbər verir ki, bu sözləri hazırda Moskvada olan müğənni Damla İnstaqramda yazıb.
Koronavirus səbəbilə Azərbaycana dönə bilməyən ifaçı sözlərinə belə davam edib:
“Hər sabah bir ümid, bir işıqla oyanırsan… Amma yenə də ümidlərin puça dönür. Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri hesablamağa başlayırsan. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədim deyə, yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək… Çox darıxıram”.
Qeyd edək ki, Damla martda toy dəvətləri olduğu üçün köməkçisi ilə Rusiyaya yollanıb, sərhədlər bağlandığı üçün məcburən orada qalıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!