Yaşlanmanın sirri: 60 yaşdan sonra hansı əlamətlərə diqqət etməli?
Yaşlanma prosesi insan orqanizmində müxtəlif dəyişikliklərlə müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, yeriş sürətinin azalması bu prosesin əsas göstəricilərindən biridir.
Minval.info xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyinin yaşlı insanların sağlamlığı üzrə baş mütəxəssisi Olqa Tkaçeva, “RİA Novosti” agentliyinə verdiyi açıqlamada, yaşlanmanın əsas əlamətlərini açıqlayıb. Onun sözlərinə görə, orqanların funksiyalarının zəifləməsi, koqnitiv pozuntular və hiss orqanlarının fəaliyyətindəki dəyişikliklər yaşlanmanın əsas əlamətləridir.
Olqa Tkaçeva əlavə edib ki, görmə və eşitmə qabiliyyətinin zəifləməsi də yaşlanmanın ən aydın əlamətlərindəndir. Rusiyada bu əlamətlər adətən 60 yaşdan sonra müşahidə edilir. Lakin bəzi risk faktorlarına malik insanlarda yaşla bağlı xəstəliklər daha erkən yaşlarda da ortaya çıxa bilər.
Onun sözlərinə görə, 75–80 yaş arasında isə bir çox insanda eyni vaxtda iki və ya daha çox xroniki xəstəliyin olması ilə xarakterizə olunan polimorbidlik inkişaf edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma