Yas zamanı hadisə: 6 nəfər xəsarət alıb - VİDEO
İsmayıllı rayonunun Balik kəndində yas mərasimi zamanı evin döşəməsi çöküb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evində baş verib.
B.Saranın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən, evin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb. Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/1aUxTucbqhM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı