Yarıçılpaq şəkilləri ilə manşet olan Məleykə: ""Quran" ayələri, dualar oxuyuram"
“Kim mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin”.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova qeyd edib.
Aktrisa bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında “Quran” əvəzinə Hacı Xavər Xanımın “Allaha pənah, Allaha təvəkkül” kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Əsədova onu tənqid edənlərə cavab verib:
“Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox “Quran” ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə “Quran” ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır