“Yargı”nın ulduzu Azərbaycan mahnısı oxudu

“Yargı” serialında Eren obrazını canlandıran Uğur Aslan “Şarkılar bizi söyler” proqramında qonaq olarkən Azərbaycan mahnısı ifa edib.
Minval.info xəbər verir ki, aktyor görkəmli sənətkar, mərhum Xalq artisti Şövkət Ələkbərovanın repertuarından olan “Ay qız” mahnısını səsləndirib. Aslanı klarnet ifaçısı Hüsnü Şenlendirici müşaiyət edib.
Hətta Uğur mərhum şair Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən, bəhanəsiz get” şeirini də oxuyub. Sənətçinin performansı verilişin aparıcısı Sibel Can və digər qonaqlar tərəfindən çox bəyənilib.
Qeyd edək ki, mahnının sözləri Zeynal Cabbarzadəyə, musiqisi isə Cahangir Cahangirova məxsusdur. Ş. Ələkbərovadan başqa İslam Rzayev də bu mahnını səsləndirib.
https://youtu.be/DeNkUcW66_4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi