25.11.2026 - 10:44
Yaponiya süni intellekt sahəsində dünya liderləri arasında olmaq istəyir
Dünya 210 baxış

Yaponiya süni intellekt sahəsində dünya liderləri arasında olmaq istəyir

Yaponiya süni intellekt (AI) sahəsində dünya liderlərindən biri olmaq niyyətindədir. “Kyodo News”a istinadən verilən məlumata görə, ölkə bu sahədə yalnız ABŞ və Çinin arxasında dayanmağı hədəfləyir. Bu məqsədlə Yaponiyanın iqtisadi təhlükəsizlik siyasətinin layihə konturları hazırlandı.

Minval.info xəbər verir ki, layihə Yaponiyanın İndo-Sakit okean bölgəsində AI inkişafı üzrə liderliyi ələ almağa çağırır. Bu addım, AI inkişafı üzrə rəqabətin artdığı bir vaxtda Yaponiyanın mövqeyini gücləndirmək məqsədini daşıyır. Eyni zamanda, layihə Yaponiyanın digər ölkələrdən asılı olmadan “AI müstəqilliyi”ni təmin etməsini və şəxsi məlumatların qorunması üçün yeni çərçivə təklifini irəli sürür.

Vaşinqton və Pekin arasında artan strateji rəqabət fonunda, layihə Yaponiyanın daxili AI inkişaf və istehsal imkanlarını gücləndirməyi və “oxşar düşüncəli ölkələrlə” əməkdaşlığı genişləndirməyi təklif edir. Bu, “xüsusi ölkələr və ya şirkətlərdən” asılılığı azaltmağa yönəlib.

Hökumət, Yaponiya üçün rəqabət üstünlüyü yarada biləcək sahələrdə, o cümlədən “fiziki AI” üçün təməl modellərdə hədəfli investisiyalar həyata keçirməyi planlaşdırır. Bu modellər maşınların real dünyada fəaliyyət göstərməsini təmin edir.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan dərslər əsasında, Tokio qida və enerji kimi kritik sektorlar üçün riskləri qiymətləndirmək məqsədilə ictimai-özəl əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Elektrik enerjisi də bu sahələr arasında yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: