Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı

Yapon alimləri qripi bircə günə sağalda biləcək dərman hazırlayıblar. İddia olunur ki, bu dərmanın bircə həbini qəbul etmək qripdən tam sağaldır.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, hökumət “Xofluza” adlanan dərmanı Yaponiyada istehsal etməyə və satmağa artıq icazə verib.
Amma yeni dərman yəqin ki mayda apteklərdə satışa çıxarılacaq, çünki Yaponiyanın Milli Sığorta idarəsi hələ onun qiymətini müəyyən etməlidir. “Xofluza”-nın təsir mexanizminin qripə qarşı istifadə olunan ənənəvi dərmanlardan fərqləndiyi deyilir.
Qrip xəstəliyi onda başlanır ki, viruslar insanın ağciyərinə gedib çatırlar. Onlar ağciyərin hüceyrələrinə daxil olur, onun zülal yaratma mexanizmindən istifadə edib çoxalmağa başlayırlar, “özlərinin saysız-hesabsız surətini çıxarırlar”. Ordan isə insanın bütün orqanizminə yayılırlar. Ənənəvi dərmanlar bu prosesin qarşısını dərhal ala bilmirlər, ona görə də sağalma prosesi bir neçə gün və ya həftə çəkir.
Yeni dərmanı yaradanlar bildirirlər ki, “Xofluza” infeksiyanın yayılma prosesini 24 saat ərzində dayandıra bilir. Yeni dərmanın nə dərəcədə təsirli olduğu yəqin ki, yaxın aylarda bilinəcək. Hələ ki qripdən qorunmağın ən effektiv yolu xəstəliyə yoluxmamaq üçün vaksin vurdurmaq sayılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır