Yanan tankı əlləri ilə söndürən qazimiz - Video
Qazi baş leytenant Samir Qasımzadə “Vaxtı gəldi” proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı olan qazimiz döyüş zamanı yanan tankı əlləri ilə söndürüb, əsgərləri xilas etməsindən danışıb:
“Tank yandı, piyada qüvvələrimizdən şəxsiyyətlər var idi. Onlar tanka yaxınıydılar, partlama ehtimalı yüksək idi. Partlasaydı, heç birimiz sağ qalmayacaqdıq. Özümün və şəxsi heyətimin yaralanmağına baxmayaraq, düşündük ki, şəhid olacağıqsa, biz olaq. O biriləri gözə ala bilməzdik. Qumu doldurub, tankın üstünə qalxdım. Bir hissəsi söndü, yarısı qaldı. Sonra apardığımız suyu götürüb oda tökdüm. Yenə sönmədi. Birdən ağlıma gəldi ki, palçıq şəklində edim. Su ilə qumu qarışdırıb odun üstünə atdım. Bunları yalın əllə etdim. Orada nəsə tapmaq şəraiti yox idi. Hər saniyə əleyhimizə işləyirdi. Amma böyük itkinin baş verməsinin qarşısını ala bildik”.
https://youtu.be/5Msn4BV7Mto
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə