Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Ağdamdan Kəlbəcər istiqamətinə uzanan yeni avtomobil yolunun tikintisi sürətlə davam edir. Bu yol Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətinə uzanır və uzunluğu 33,8 kilometrdir.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən verilən məlumata görə, yolun müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihə çərçivəsində yolun 4 və 2 hərəkət zolaqlı olması planlaşdırılır.
Marşrut boyunca 4 körpü və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının və digər süni qurğuların inşası sürətlə həyata keçirilir. Tikinti işlərində 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti iştirak edir. Ərazidə asfalt-beton zavodu və istehsalat sistemi də fəaliyyət göstərir.
Bu layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, oradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat imkanlarını genişləndirəcək, yaşayış məntəqələri arasında əlaqələri gücləndirəcək və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına töhfə verəcək.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?