05.10.2026 - 09:11
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ 22 baxış

Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü

Bu gün İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə edilən ikinci raket hücumundan altı il keçir. Həmin hadisə, 2020-ci il oktyabrın 5-də baş vermişdi.

Minval.info xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi həmin gün Ermənistan tərəfindən Gəncəyə raket atəşinin açıldığını bildirmişdi. Gəncənin “Grand Qafqaz” Ticarət Kompleksi yaxınlığına düşən raket partlayışı nəticəsində ətrafda ciddi dağıntılar yaranmışdı.

Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin gün yaydığı məlumatda Ermənistanın silahlı qüvvələrinin Gəncə şəhərinə ağır artilleriya ilə hücum etdiyini qeyd etmişdi. Lakin ordumuzun vaxtında gördüyü tədbirlər nəticəsində mülki əhali arasında itki və yaralanma halları baş verməmiş, mülki obyektlərə ciddi ziyan dəyməmişdi.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinə ümumilikdə beş dəfə raket və ağır artilleriya hücumu həyata keçirilmiş, nəticədə 26 nəfər şəhid olmuş, 175 nəfər yaralanmışdı. Həmçinin şəhərin mülki infrastrukturu və nəqliyyat vasitələrinə böyük miqdarda ziyan dəymişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: