19.04.2018 - 18:02
Səhiyyə
20 baxış
Yanan narkoloji dispanserin direktoru işdən çıxarıldı
Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.
O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
11.10.2026 - 14:04
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
09.10.2026 - 13:18
Gənc nəsildə xərçəng halları artacaq
07.10.2026 - 16:22
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
07.10.2026 - 08:54
Bu halda isti vanna qəbul etmək olmaz
06.10.2026 - 18:05
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
06.10.2026 - 17:37
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
06.10.2026 - 14:07
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi
06.10.2026 - 09:13