Nurmaqomedovun həbsxanadakı saxlanma şəraiti məlum oldu
Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı həbsxanadakı şəraiti ilə bağlı yeni məlumatlar yayılıb. Baku.ws-ın məlumatına görə, “MMA Uncensored” kanalının X sosial şəbəkəsində paylaşdığı məlumata əsasən, idmançının Əbu-Dabidəki “Əl-Vatba” həbsxanasında saxlanılması ehtimal olunur.
Məlumata görə, bu həbsxanada məhbuslar 4-30 nəfərlik ümumi kameralarda saxlanılır. Tualet və duş otaqları da ümumidir. Məhbuslar gündə üç dəfə yeməklə təmin olunur, lakin telefon və internetdən istifadəyə icazə verilmir.
Xatırladaq ki, noyabrın 13-də Usman Nurmaqomedov Əbu-Dabidə baş verən insidentlə əlaqədar 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hadisədə onunla yanaşı daha 7 nəfər də həbs olunub.
İnsident RAF liqasının media günü zamanı baş verib. Merab Dvalişvili müsahibə verərkən Nurmaqomedov və bir neçə nəfər ona yaxınlaşaraq zərbə endirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
UFC çempionu İslam Mahaçev isə bu hadisənin Dvalişvilinin daha əvvəl Nurmaqomedovun anasını təhqir etməsi ilə əlaqədar olduğunu irəli sürüb.
Bununla yanaşı, Nurmaqomedovun həqiqətən “Əl-Vatba” həbsxanasında saxlanıldığı barədə rəsmi təsdiq yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
300 min dollarlıq brilyant qəza zamanı yoxa çıxdı
Əmrə Belezoğlu Arda turandan onu istəyir
Əfsanəvi futbolçu Ronaldinyo yenidən meydanda
“Real”dan “Bayern”ə transfer həmləsi: Mbappe Oliseni razı salır
"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino təyin edildi
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı