Xüsusi xidmət orqanları necə yaranıb? —

“Ölkə.Az” bildirir ki, bütün dövrlər ərzində dövlətlər xüsusi xidmət orqanlarına ehtiyac duyub. Müxtləif dövrlərdə xüsusi xidmət orqanları müxtəlif vəzifələri icra ediblər. Məsələn, bəzən düşmən düşərgəsindən məlumat gətirmək, düşmən cəbhəsinə dezinformasiya yaymaq da onların vəzifəsi idi. Onların fəaliyyəti dünya tarixində heç də az rol oynamayıb.

Orta əsrlər İngiltərəsi
İngiltərə taxtı uğrunda Lankaster və Yorklar arasında gedən döyüşlərdə hər iki tərəfə düşmən barədə məlumat lazım idi. Bu illər xüsusi xidmət orqanlarının inkişafına təkan verdi. Xüsusi xidmət orqanları bir neçə istiqamətdə işləyirdilər:
Casuslar dəstəsi: İngiltərə sərhədlərindən kənarda kəşfiyyat aparmaq.
İnformatorlar: Şəhərlilər və kəndlilər arasında işləyirdilər.
ƏLAQƏLİ
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Kəşfiyyatçılar: Dövlətin əhəmiyyətli saydığı insanları izləyirdilər.
Mobil qruplar: Əsasən loğmanlar və rahiblərdən ibarət idilər. Əsas məqsədləri ictimai rəyə nəzarət etmək idi.

Bizans
Bizansda xüsusi xidmət orqanı inkişaf etmişdi. Ticarət karvanlarında hər zaman informatorlar olurdu. Onlar rəqib və ya düşmənin həyat tərzini müşahidə edərək imperator sarayına məlumat daşıyırdılar.

Yaxın Şərq
Yaxın Şərqdə əfsanəvi xaş-xaşilər kəşfiyyat qurumunun cücərtiləri idilər. Onlar dünyanın bir çox gizli cəmiyyətinin əsasını yaratdılar.

Yaponiya
Gündoğar ölkə dünyaya ninzaları bəxş edib. Ninzalar əlbəyaxa döyüş növlərindən başqa həm də əla casus idilər. Onlar tərəfindən əldə edilən informasiya çox dəyərli idi.

ƏLAQƏLİ
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Çin
Çin hökmdarları bütün tarix boyu xüsusi xidmət orqanlarının xidmətindən istifadə ediblər. Onları iki qrupa-həyat və ölüm casusları qruplarına bölürdülər. Birinci casuslar düşmənin düşərgəsinə sızaraq vacib məlumatlar əldə edirdilər. İkincilər isə düşmənin arxasında dezinformasiya yayırdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA
Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb