Hitlerin bacısı qızının ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb
1931-ci ildə Almaniyada baş verən və hələ də mübahisəli qalan bir hadisə yenidən gündəmə gəlib. Adolf Hitlerin bacısı qızı Geli Raubala Münhen şəhərində ölü tapılmışdı və bu hadisə ilə bağlı yeni iddialar irəli sürülüb.
Minval.info xəbər verir ki, uzun illər boyunca 23 yaşlı Geli Raubalın özünü güllələyərək intihar etdiyi düşünülürdü. Lakin alman tarixçisi Harald Sandner, həmin dövrdə Hitler Münhendə olduğu üçün bu ölümcül gülləni onun açmış ola biləcəyini iddia edir.
Rəsmi məlumata əsasən, Geli Raubal 19 sentyabr 1931-ci ildə Hitlerin Münhendəki mənzilində ölü tapılıb. O dövrdə Hitler bir gün əvvəl Nürnberq şəhərinə getdiyi üçün hadisə zamanı şəhərdə olmadığı bildirilirdi. Lakin polis yarılma aparmadan ölümü intihar kimi dəyərləndirmişdi.
Sandnerin əldə etdiyi sənədlərə görə, Geli Raubalın cəsədi rəsmi tarixdən təxminən 24 saat əvvəl tapılmış ola bilər. Bu, hadisənin ya sentyabrın 18-də səhər saatlarında, ya da əvvəlki gecə baş vermiş ola biləcəyini göstərir və Hitlerin Nürnberqdə olduğu rəsmi xronologiyanı şübhə altına alır.
Tarixçinin iddialarına görə, Münhen polisi Hitlerin adının hallandığı bu hadisənin əsl şəraitini gizlətmək üçün onunla razılaşma əldə edə bilərdi. Lakin bu iddialar hələ də qəti sübutlarla təsdiqlənməyib.
Geli Raubalın Hitlerlə olan münasibətləri də uzun müddət müzakirə mövzusu olub. O, 17 yaşından etibarən Hitlerlə birlikdə yaşayıb və onun ciddi nəzarəti altında olub. Hitler, Gelinin digər şəxslərlə münasibətlərinə qarşı çıxaraq, onun şoferi Emil Morislə əlaqəsini kəsməsini tələb etmiş və Morisi işdən çıxarmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA
Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb