Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı
Aralıq dənizinin dibində təxminən 2100 il əvvəl batmış bir gəmi tapılıb və onun içərisində minlərlə qədim keramika qabı aşkar edilib. Bu tapıntılar qədim Romada dəbdəbəli süfrə mədəniyyəti və Aralıq dənizində ticarət əlaqələri haqqında mühüm məlumatlar əldə etməyə imkan yaradır.
Publika.az-ın məlumatına görə, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Arxeoloqlar Türkiyənin Antalya vilayətinin Adrasan sahillərində, təxminən 55 metr dərinlikdə yerləşən batmış gəmini araşdırırlar. Gəminin qədim Rozos şəhərindən (indiki Hatay vilayəti) Roma istiqamətində hərəkət etdiyi ehtimal olunur. Lakin səfər zamanı fırtınaya düşən gəmi qayalarla toqquşaraq batıb.
Sualtı arxeoloji qazıntılara 2025-ci ildə başlanılıb. İndiyədək aparılan tədqiqatlar zamanı balıq yeməkləri üçün nəzərdə tutulan boşqablar, kasalar və nimçələr də daxil olmaqla, minlərlə keramika məmulatı üzə çıxarılıb. Tədqiqatçılar qabların 122 müxtəlif forma və ölçüsünü müəyyən ediblər ki, bu da qədim Roma dünyasında dəbdəbəli süfrələrin necə təşkil olunduğunu öyrənmək baxımından nadir imkan yaradır.
ƏLAQƏLİ
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Keramika mənşəyi və ticarət əlaqələri
Tapıntını əhəmiyyətli edən məqamlardan biri də yükün müxtəlif mənşəli olmasıdır. Rozosda istehsal edilən qablarla yanaşı, Egey dənizindəki bir neçə adadan gətirilmiş keramika nümunələri də aşkarlanıb. Bu fakt gəminin müxtəlif istehsal mərkəzlərindən olan məhsulları eyni vaxtda daşıdığını göstərir.
Batmış gəminin olduğu ərazidə tapılan sikkələr eramızdan əvvəl I əsrə aiddir. Onlar gəminin son səfərinin tarixini müəyyənləşdirməyə kömək edib. Arxeoloji tapıntılar qədim Roma cəmiyyətinin varlı təbəqəsinin gündəlik həyatına işıq salmaqla yanaşı, Aralıq dənizi hövzəsində müxtəlif keramika istehsalı mərkəzləri arasında mövcud olmuş ticarət əlaqələrini də izləməyə imkan verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü
Bir əsr əvvəl Nargindən qaçan türk pilot
Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş
Hitlerin bacısı qızının ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür