Süni intellekt Napoleonun 217 illik mesajını deşifrə etdi
Süni intellekt texnologiyası, tarixin dərinliklərində qalmış sirli məlumatları üzə çıxarmağa davam edir. Bu dəfə “GPT-6 Astra” adlı neyron şəbəkəsi, məşhur Fransa imperatoru Napoleon Bonapartın 217 il əvvəl yazdığı və məzmunu naməlum qalan məktubunu deşifrə etməyə nail olub.
Minval.info xəbər verir ki, “The Telegraph” qəzetinin yayımladığı məlumata görə, məktub 1809-cu ildə Napoleonun ögey oğlu Ejen vasitəsilə general Oгüst de Marmona göndərilib. Məktubda Fransanın Habsburq monarxiyası ilə qarşıdurması ərəfəsində Fransa və Avstriya qoşunlarının hərəkətləri və sayı barədə əhəmiyyətli məlumatlar yer alıb.
Bu mürəkkəb deşifrə işini “SentinelOne” şirkətinin süni intellekt üzrə mühəndisi Karter Çerç həyata keçirib. Onun bildirdiyinə görə, təxminən 1300 simvolu emal etmək və onları kriptoqrafların tanıdığı şifr elementləri ilə uyğunlaşdırmaq üçün neyron şəbəkəsinə altı saat vaxt lazım olub.
Deşifrə prosesi zamanı “tavlamanın imitasiyası” üsulundan istifadə edilib. Bu üsul, sistemin müxtəlif söz variantlarını gözdən keçirməsini və əldə edilən nəticələri Marmonun qorunub saxlanılmış digər mətnləri ilə müqayisə etməsini təmin edib.
Deşifrə edilmiş mətnə əsasən, generala yürüşə hazırlaşmaq və “bir neçə dəstə və ya səfillər yığını” qarşısında qorxuya düşməmək tapşırılıb. Həmçinin Avstriyanın “dərhal hər tərəfdən hücuma məruz qalacağı” barədə göstəriş də məktubda öz əksini tapıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bandunq konfransı: supergücləri qorxudan tarixi görüş
Hitlerin bacısı qızının ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA