Xroniki yorğunluq: Xərçəngin ilk siqnalı?
Xərçəngin erkən əlamətlərindən biri daimi yorğunluq hissidir. Bu, bədəndə bədxassəli bir prosesin başlanğıcını göstərə bilər. Onkoloq İqor Şeynin bu barədə açıqlama verərək bildirib ki, daimi yorğunluq, bədənin tükənməsi və tam istirahət edə bilməmək bədxassəli prosesin başlanğıcında ola bilər.
Minval.info xəbər verir ki, bu tip yorğunluq bədənin istənilən orqanında və ya hissəsində inkişaf edə bilən xərçəng əlaməti kimi özünü göstərə bilər. Lakin, çox vaxt işin çoxluğu, məsuliyyətlər və stress səbəbindən adi yorğunluqla əlaqələndirilir və insanların tibbi müayinəyə getməsinə səbəb olmur.
Onkoloq Keyt isə mədə xərçənginin erkən əlamətlərindən biri kimi sürətli toxluq hissini qeyd edib. Xroniki yorğunluq, şişin istehsal etdiyi maddələrin təsiri nəticəsində yarana bilər və bu, iştahanın azalmasına, çəki itkisinə və metabolik pozğunluqlara səbəb ola bilər. Yorğun insan enerjiyə qənaət etməyə çalışır, bu da daha böyük zəifliyə səbəb olur.
Həkim əlavə edib ki, onkoloji yorğunluqda insan daimi yuxululuq hiss edə bilər, lakin gecə yuxuya getmək çətinləşir. Gecə kifayət qədər yatılsa belə, səhərlər yorğun və halsız hiss edilə bilər. Psixoloji yorğunluq da rol oynayır: apatiya, əhval-ruhiyyənin dəyişkənliyi və əsəbilik yaranır. Xroniki yorğunluq iki və ya daha çox ay davam edərsə, onkoloqa müraciət etmək vacibdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəlilabad xəstəxanasında direktor dəyişikliyi baş verdi
Su və meyvə-tərəvəzlə qəbizlikdən qurtulun
TƏBİB: Avqustda 11 min uşaq peyvəndləndi
Bərdədə qadın sirkə turşusu içərək zəhərləndi
TƏBİB-dən 6 saylı xəstəxana açıqlaması
"Mərcan Medicare" klinikası cərimə edildi
Qar göbələyi: Təbii gənclik iksiri ilə daha parlaq dəriyə sahib olun