Xoşqədəmdən Zaurun onun haqda dediklərinə reaksiya

Bu dəfə aparıcı Xoşqədəm Hidayətqızı illərdir küsülü olduğu həmkarı Zaur Baxşəliyevə barışıq addımı atıb.
Minval.info xəbər verir ki, Hidayətqızı bu haqda ötən gün ARB TV-də yayıma başlayan “Səni axtarıram” proqramında danışıb.
“İnsanın çətin günü olanda onun yanına gələn çox olar. Dost da, düşmən də sənin yanındadır. Amma xoş günündə gəlib, uöuruna sevinirsə, əsl dost odur. Bir insanın xoşbəxt, uğurlu anını həzm etmək hər ürək sahibinin işi deyil. Məni müdafiə edib, efirdən oxluğumu qəbul etməyən insanlar oldu. ATV-də çalışan Zaura (aparıcı Zaur Baxşəliyev – red.) təşəkkür edirəm, dediyi fikirlərin səmimiyyətinə inanıram. Onun “Olmalısan, getmə, gəl” kimi gözəl fikirlərinə inanıram. Yoxluğumu qəbul etmirdi” deyə, Xoşqədəm bildirib.
Qeyd edək ki, Xoşqədəmlə Zaur illərdir küsülü idi. Z.Baxşəliyev bir müddət əvvəl verilişində X.Hidayətqızı ilə bağlı danışaraq, barışıq addımı atmışdı.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır