Xoşqədəm məhkəməni uddu: Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək
Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.
Bu barədə Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev Unikal.org-a məlumat verib. O, qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir:
“Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi.O, məhkəmənin qərarı ilə razılaşmışdı.Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi.Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.
Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!