Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr videosu yayıldı - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb.
DİN-dən daxil olan açıqlamada deyilir:
“Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanmışdı.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məsələ ilə əlaqədar bildirdi ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunmuşdur. O, törətdiyi əməli etiraf etmiş və peşiman olduğunu bildirmişdir.
Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktik söhbətlər aparılmış və o, xəbərdarlıq edilərək sərbəst buraxılmışdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"