XİN: "Yunanıstanda saxlanılan vətəndaşlarımıza hüquqi yardım göstərilir"
“Azərbaycan vətəndaşları Mikayılov Əbülfəz Adışirin oğlu və Ağayev Rauf Tofiq oğlu insan alveri, özgə həyatını təhlükəyə məruz qoymaq və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunaraq Yunanıstanın Nafplio şəhər həbsxanasında saxlanılırlar”
Bu fikri Musavat.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, məsələ ilə bağlı aşağıdakıları bildirib:
“Qeyd etmək istərdik ki, sözügedən şəxslər qanunsuz miqrantları daşıyan gəmi ilə Türkiyənin Bodrum şəhərindən İtaliyanın Katanya şəhərinə yola düşüb. Ölkəmizin Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır, saxlanan azərbaycanlı şəxslərlə görüş keçirilib. Onlar saxlanma şəraitlərindən şikayətlənməyib və hər hansı zorakılıqla üzləşmədiklərini bildiriblər. Saxlanılan vətəndaşlarımıza Yunanıstan Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Yunanıstan həbsxanasında saxlanılan iki azərbaycanlı soydaşımız ötən gün Azərbaycan mediasına müraciət edib. Onlardan biri vatsap vasitəsilə səsli mesaj yollayaraq ölkə jurnalistlərindən yardım istəyib. Yunanıstan həbsxanasında olan şəxslər Neftçala rayonunun Bankə qəsəbəsi sakini Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğludur. Onlar bildiriblər ki, Türkiyəyə işləməyə gediblər. Qardaş ölkədə olarkən onlara İtaliyada işləmək təklif edilib və hətta yüksək məvacib vəd edilib. Bildiriblər ki, gəmi ilə gizli formada İtaliyaya keçmək istəyən zaman Yunanıstanda tutulublar və 3 aydı sözügedən ölkədə həbsdədirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda