XİN rəsmisi: “Ermənistanın danışıqlar prosesini uzatmasına icazə verilməyəcək”
“Ermənistan tərəfi bir şeyi düzgün dərk etməlidir ki, Dağlıq Qarabağ danışıqları prosesinin əsas məqsədi, münaqişənin nəticələrinin aradan qaldırılmasıdır. Nəticələrin aradan qaldırılması da odur ki, Laçın daxil olmaqla, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına son qoyulmalıdır”.
Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində deyib. XİN rəsmisi bildirib ki, ərazilərimizdən işğalçı qüvvələr çıxarılmalı, həmin ərazilərdən didərgin salınmış insanlarımızın hüquqları bərpa olunmalı, onlar öz evlərinə geri qayıtmalıdırlar: “Danışıqların məqsədi budur və Ermənistanın danışıqlarda iştirakı bununla xarakterizə olunur. Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü heç zaman müzakirə obyekti olmayıb və ola da bilməz. Bu, dövlət başçımız tərəfindən dəfələrlə və ən yüksək səviyyəli beynəlxalq platformalarda səsləndirilib. Ermənistan bunu nə qədər tez dərk edərsə, bir o qədər münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan da, beynəlxalq ictimaiyyət də, Ermənistanın saxtakarlıqlarla, yalanlarla danışıqlar prosesini uzatmasına icazə verməyəcək”.
https://www.youtube.com/watch?v=kqH7zYf5eUs&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-Türkiyə müzakirələri ilə bağlı ilk açıqlama
Rus elit qüvvələri darmadağın oldu: şok xəta
Volodimir Zelenski ilə Avropa İttifaqı liderlərinin görüşü başlayıb
Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”