Xəzər üçün vahid bioresurs məlumat bazası təklifi
Xəzər dənizinin su bioresursları ilə bağlı məlumatların vahid bazada toplanması məsələsi Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan tərəfindən müzakirə edilir. Bu təşəbbüs Sankt-Peterburqda keçirilən Beynəlxalq Balıq Sənayesi Forumunda irəli sürülüb.
Minval.info xəbər verir ki, Rusiya Balıqçılıq Agentliyinin rəhbər müavini Vasili Sokolov, Xəzərin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli komissiya çərçivəsində ortaq məlumat bazasının yaradılmasını təklif edib. Təşəbbüsün əsas məqsədi Xəzəryanı ölkələrin topladığı məlumatları qarşılıqlı şəkildə paylaşması və dənizin ekoloji vəziyyəti barədə daha dolğun məlumat əldə edilməsidir.
Xəzərdə bioloji sərhədlərin olmaması bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini artırır. Xəzəryanı dövlətlər, həmçinin dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydalarının hazırlanmasını da nəzərdə tuturlar. Bu qaydalar su bioresurslarından daha səmərəli istifadəyə və balıq ehtiyatlarının qorunması tədbirlərinin gücləndirilməsinə imkan verəcəkdir.
Xəzərin su bioresurslarının qorunması və birgə idarə olunması üzrə komissiya 2014-cü ildə Həştərxanda imzalanmış saziş əsasında yaradılıb və 2016-cı ildə ratifikasiya edilərək qüvvəyə minib. Komissiyanın ilk sessiyası isə 2017-ci ilin noyabrında Bakıda keçirilib. Hazırda Xəzər dənizinin ən qiymətli bioresurslarından hesab olunan nərə balıqlarının ovlanmasına tam qadağa qüvvədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb