Xatundan qalmaqallı paylaşım: “Səni rüsvay edəcəyəm…” - ŞOK FOTO

Müğənni Xatun Əliyeva sosial şəbəkə hesabında qalmaqala yol açacaq paylaşım edib.
Minval.info xəbər verir ki, sənətçi dodağı silikonlu gəncin fotosu ilə şou-biznes nümayələrindən birinə atmaca atıb.
Xatun nəzərdə tutduğu şəxsin həm rəqqasə, həm də müğənni olduğunu işarə edib. Onun profilini izləyənlər isə paylaşımın rəy bölməsinə müğənninin Fatimə Fətəliyevaya atmaca atdığını yazıblar.
“Bu fotonu gördüm, biri yadıma düşdü. Ona müğənnimi, rəqqasəmi, düşükmü, ev yıxanmı deyim?! Çıxıb efirdə utanmaz-utanmaz danışır, ağıl verir, akademiklik edir. Deyir ki, mənim dodaqlarım anadan gəlmədir, silikon yoxdur” – Xatun bildirib.
Sənətçi eyni zamanda son xəbərdarlıq etdiyini qeyd edib:
“Sən bir də ora-burda məndən danışsan, şərlər atsan, müğənnilərə yalan sözlər desən, onlarla aramı vursan səni rüsvay edəcəm. İki dəfə yaxınlarına xəbərdarlığımı etmişəm, bu da üçüncü olsun. Get yalan, bədbaxt həyatını yaşa! Məndən əl çək. Bütün bu sözləri ünvanlıd deyirəm”.
Xatırladaq ki, bir müddət bundan əvvəl Xatunla Fatimənin dava etməsi barədə məlumat yayılmışdı. Qalmaqal Xatunun xına evi açaraq Fatiməyə rəqib olmasından sonra başladı. Rəqqasə sahib olduğu gözəllik mərkəzində çalışan Xatunun qardaşı Balaşı işdən çıxardı.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi