Xatun: "Nazpəri toyda məni oxumağa qoymadı"
Müğənni Xatun Əliyeva “Səhər-səhər” verilişinin qonağı olub.
Minval.İnfo xəbər verir ki, sənətçi şəxsi həyatı haqqında danışıb və deyib ki, ilk həyat yoldaşına ərə gedəndə 11-ci sinfi yeni bitiribmiş:
“Məktəbi bitirən kimi nişanlandım və toyumuz oldu. Oğlan uzaq qohumum idim. Övladım oldu, 5 il ailəli qaldıq. Xasiyyətimiz uyğun gəlmədi ayrıldıq. Uşaq idim, psixologiyam ailəyə hazır deyildi. Uyğunlaşa bilmirdik. Maddi vəziyyətimiz çox əla idi. İndi ayrılmağımıza peşman deyiləm. Sonra tibb texnikumuna qəbul oldum. Amma həyatımı ağ xalatla keçirə bilməzdim. Bir dəfə Baloğlan Əşrəfovdan müsahibə almışdım, qəzetdə yayımlanmışdı. Mənim cibimə pul da qoydu. Keçmiş ərim Avropa vətəndaşıdır, orada yaşayır. İndi ailə qurub. Oğlumla da münasibətlərinin yaxşı olmasına çalışıram”.
Xatun xalq artisti Nazpəri Dostəliyevanın “Xatun adlı müğənni tanımıram” sözlərinə münasibət bildirib:
“Amma mən Nazpəri xanımı çox yaxşı tanıyıram. Xalamın rəfiqəsi olub. Onların evində dəfələrlə görmüşəm. Hətta bir dəfə məclisə getdim, o da orada idi. Məni onun aparıcısı təqdim etdi. Tort mərasimi idi, çıxdım bəylə gəlini təbrik etdim. Musiqim getməliydi, başqa mahnı çalındı. Amma mikrofonu Nazpəri xanım götürüb oxudu. Məni oxumağa qoymadı. Mənə böyük haqsızlıq etdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!