Xatirə telekanallardan pul istəyir
“Ölkəmizdə olan proqramların hər birini maddi tərəfdən təmin edən qrumlar var. Yəni efirə pul ödəyən sponsorlar… Düşünürəm ki, oradan aparıcılarımız, operatorlarımız, redaktorlarımız və bir çox insanlar qonarar aldığı kimi, o verilişlərdə olan sənət adamlarına da qonorar ayrılsın. Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək sizcə, maraqlı olar?”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam açıqlamasında bildirib. O, efirlərə çıxmaq üçün pul tələb etdiyini söyləyib:
“Dünyanın hər yerində məşhur insanlar efirə qonorar alıb gedir. İstərdim ki, inkişaf etmiş Azərbaycanımızda da bu cür olsun. Xüsusilə onu vurğulamaq istəyirəm ki, bu, aparıcılar və kanal rəhbərləri canım qədər sevdiyim insanlardır. Əminəm ki, heç vaxt mənim bu qərarımdan inciməzlər. Bu addım isə mənim iş prinsipimdir. Bu addımı ilk mən atıram, necə qarşılanacağını isə təxmin etmişəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır