Xatirə İslam konsertdən yığılan pulları ona bağışladı - FOTO
Müğənni Xatirə İslamın dünən Yaşıl Teatr səhnəsində konserti baş tutub.
Müğənnini dinləməyə gələnlər arasında həyat yoldaşı Fəxrəddin, aparıcı Zaur Baxşəliyev və xanımı Günay Baxşəliyeva, Mətanət Əsədova, Tunar Rəhmanoğlu və başqaları olub.
Məhərrəmlik ayında konsert verən Xatirə İslam konsertin sonunda bu məsələ ilə bağlı açıqlama verib: “Məhərrəmliyin ağır günləri bu ayın 20-dən başlayır. Biz hər şeyi düşünmüşük. Mən çox ağıllı qadınam. Konsertin sonunda sürpriz olacaq. Siz onu gözləyin. Konsertdən bir manat da olsa, mənə lazım deyil”.
Yaşıl Teatrda baş tutan konsertin sonunda Xatirə İslam sürprizi elan edib. Müğənni Aprel döyüşlərində şəhid olmuş Müşfiq Orucovun valideyinlərini səhnəyə dəvət edib və konsertdən yığılan qonorarla şəhidin adına Müşfiq bulağı tikdirəcəyini söyləyib. Şəhidin anası bildirib ki, oğlunun adına bulaq tikdirmək onun ən böyük arzularından olub.
Müğənni konsert üçün yerli moda evlərindən birinə iki xüsusi səhnə geyimi hazırlatdırıb. İfaları ilə tamaşaçılara unudulmaz gecə yaşadan müğənni ətəyi lələkli mini libası ilə də diqqət çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır

