Xatirə İslam boşandı - İDDİA
Tanınmış müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddindən ayrılması ilə bağlı iddialar yayılıb.
Minval.İnfo-nun əldə etdiyi özəl məlumata əsasən, onlar bir neçə ay öncə ayrılıblar. İfaçının son günlər mətbuata verdiyi açıqlamalar da bu iddiaları gücləndirən digər səbəblərdəndir.
22.12.2017: “Bir neçə arzum reallaşdı. Nə olduğunu açıqlamayacam. Mənə və ailəmə aid idi. Arzularımın reallaşması məni sevindirdi. Qəşəng il oldu”.
Xatirənin “Xəzər maqazin” proqramında ona verilən “Həyat yoldaşınız geyimlərinizə qarışırmı” sualına “Ümumiyyətlə özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq” deyə cavab verməsi də ağıllarda sual işarəsi yaradıb.
Xatirənin sosial media hesabında həyat yoldaşı ilə üç aydan çoxdur foto paylaşmaması da diqqətdən yayınmayıb. Onların sonuncu fotosu oktyabr ayında paylaşılıb.
Qeyd edək ki, cütlük 11 iyun 2012-ci il tarixində evlənmişdi. Onların Emil adlı bir oğlu var.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır