“Xatirə haqlıdır, amma…”
Müğənni Xuraman Şuşalı həmkarı Xatirə İslamın verilişlərə çıxmaq üçün telekanallardan qonorar istəməsi barədə qərarına münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Xəbər-ətər” proqramında danışıb. O bildirib ki, Xatirənin sözündə haqq var:
“Mən qonorar istəmirəm. Çünki bilirəm ki, olmayacaq. Azərbaycanda 100 kanal olsaydı və müğənnilər birlik göstərsəydi, bu, mümkün idi. Hansısa müğənni deyəcək ki, Xatirə verilişə çıxmır, nə yaxşı, qoy mən gəlim. Rəqabət olan yerdə birlik olmur. Aparıcılara hörmətim var, onlarla mübahisə etmək istəmirəm. Xatirənin sözündə haqq var. Xatirə telekanaldan, aparıcıdan yox, verilişin sponsorlarından pul istəyir. Bir proqramın dörd-beş sponsoru olur. Amma indi telekanalda işləyənlərin çoxu neçə aydır maaş almır. Ona görə Xatirəyə də pul verməyəcəklər”.
https://youtu.be/DcbvwcO62NY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır