"Xaricdə təhsil" adı altında dələduzluq - VİDEO

Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub.
Xezerxeber.az-ın məlumatına görə, Bakıda fəaliyyət göstərən “Elite Academy” təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.
İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar.
Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.
Fırıldaqçı şirkətlərə aldanmayın, bu sahədə özünü sübut etmiş və təsdiqləmiş “Study in Turkey” təhsil mərkəzinə müraciət edin ki, dələduzluğa məruz qalmayasız. StudyinTurkey.az
Özünü “Elit Academy” şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.
Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.
Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də, bu, nəticəsiz qaldı.
Şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.
Minval.İnfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ: Yasamalda bina yanır - VİDEO
Martda 14 gün iş olmayacaq
Yağışlı hava bu tarixədək davam edəcək
Ermənilərdən Azərbaycana qarşı təxribat - FOTO
Biləcəridə açıq narkotik bazarı: polis bariqaları niyə tutmur?
"Çimərliklər açılmalıdır, camaat dənizdə öpüşməyəcək ki..." - Rəşid Mahmudov
Ləğv prosesində olan bankların müştərilərinin diqqətinə
