Xaricdə tələbə olmaq istəyənlərin diqqətinə - Bu fürsəti qaçırmayın - FOTOLAR, VİDEO
Dünyanın ən böyük təhsil sərgilərindən olan Akare Xaricdə Təhsil Sərgiləri 2018-ci ildə də yoluna tam sürətlə davam edir.
2001-ci ildən etibarən İngiltərə, Türkiyə, Polşa, Ukrayna, Misir, Qazaxıstan, Mərakəş kimi dünyanın bir çox fərqli ölkələrində keçirilən Akare Xaricdə Təhsil Sərgiləri 14-15 aprel tarixlərində Bakı Hilton oteldə təşkil olunacaq. Sərgidə xüsusilə Türkiyədən olmaqla, Amerika, Kanada, İngiltərə, Almaniya, Fransa, Polşa, Kipr, Latviya, İrlandiya, Rusiya və digər ölkələrdən 50-yə yaxın özəl və dövlət universitetləri, kolleclər və dil məktəbləri xaricdə təhsil almaq xəyalında olan azərbaycanlı şagirdlərin arzularını reallaşdırmaq üçün onların yolunu gözləyəcək.
Burada şagirdlər ali təhsilin bakalavr, magistr və doktorantura pillələri ilə yanaşı xarici ölkələrdə qısa və uzun müddətli dil kursları barədə də ətraflı məlumat əldə edə biləcəklər. Sərginin ən böyük üstünlüklərindən biri budur ki, iştirakçılar birbaşa təhsil ocaqlarının nümayəndələri ilə görüşüb, bütün suallara cavab tapa bilərlər.
Həmçinin sərgi işitakçılarını müxtəlif hədiyyələr, endirimlər gözləyir. Belə ki, sərginin hər günü 25, ümumilikdə 50 şanslı iştirakçı ödənişsiz İELTS sınağında iştirak edə biləcək. Sərgi iştirakçıları arasından online tətbiqetmə vasitəsilə seçilən 1 nəfər isə “British Council”ın təşkil etdiyi rəsmi İELTS imtahanına ödənişsiz qatıla biləcək. Akare sərgisinin hədiyyələri bununla da bitmir. 2 günün yekununda iştirakçılardan biri də sürpriz hədiyyəyə sahib ola biləcək.
Sərgidə iştirak ödənişsizdir. . Sadəcə olaraq online qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərsiniz:
Online dəvətnamə üçün: http://www.akare.com.tr/online-davetiye/fZ2Y87hkJj
https://www.youtube.com/watch?v=LJ2XwKJ-ceA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bu qərarı Bakı verəcək” - Putindən açıqlama
Bakıda ərəblərin seks üçün üz tutduğu gecə klubu bağlandı - Gizli video
Podolyak: "Ukrayna Rusiyanı məhv etməsə, üç il ərzində öləcək"
Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ
“İqtidar partiyası ilə də müzakirələrə hazırıq” - Natiq Cəfərli






