Xaricdən Azərbaycana gəlmək istəyən vətəndaşların nəzərinə!
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Minval.info xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB rəhbəri Ramin Bayramlı iştirak edib.
İbrahim Məmmədli də karantin rejimi ilə bağlı suala cavab verib. O, bildirib ki, karantin rejiminin uzadılması və ya qismən yumşaldılması ilə bağlı qərar indidən verilə bilməz:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Biz virusa qalib gəlməmişik. Bir gün müsbət, bir gün mənfi tendensiya gedir. Son günlər virusla mübarizə ilə bağlı müsbət tendensiya bizi arxayın salmamalıdır. Gedişata uyğun olaraq qərar veriləcək”.
İ.Məmmədli çarter reyslərinin həyata keçirilməsinin də planlaşdırıldığını bildirib: “Aprelin 20-dən sonra həftədə 300-400 vətəndaşımızı qəbul etmək mümkün olacaq. Onların müalicəsi, müayinəsi üçün də şərait yaradılacaq. Aprelin 17-dən etibarən yaradılan “evəgedirəm” portalında həmin vətəndaşlar qeydiyyatdan keçəcək. Onların qayıdışı mərhələli şəkildə həyata keçiriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda